NATO XİN rəhbərləri Antalyada görüşəcək

NATO XİN rəhbərləri Antalyada görüşəcək
09:44

Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçiriləcək.

News365.az “TRT Haber”ə istinadən xəbər verir ki, 32 NATO müttəfiqinin təmsil olunacağı iclas mayın 14-15-də baş tutacaq.

24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə hazırlıq Antalyada keçiriləcək bu toplantıda müttəfiq ölkələrin XİN rəhbərləri tərəfindən müzakirə olunacaq.

Qeyri-rəsmi sessiyada alyansın gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarların müzakirə ediləcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada