NASA-nın son peyk görüntüləri Urmiya gölünün demək olar ki, tamamilə quruduğunu və geniş duz çölünə çevrildiyini göstərib.
Mütəxəssislər qurumanın əsas səbəblərini uzunmüddətli quraqlıq, iqlim dəyişikliyi, su anbarlarının tikilməsi və kənd təsərrüfatında həddindən artıq su istifadəsi ilə izah edirlər.
Gölün yox olması ekosistemdə ciddi fəsadlara yol açıb:
• su quşlarının azalması,
• havaya duz və zərərli tozların qalxması,
• insan sağlamlığı üçün yeni risklərin yaranması.
Alimlərin fikrincə, Urmiya gölü təbii balansını tam itirib və region ekoloji fəlakət astanasındadır.