Narkokuryerlikdə təqsirləndirilən daha bir şəxs həbs olundu

Narkokuryerlikdə təqsirləndirilən daha bir şəxs həbs olundu
27 May 2025 11:42

Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 10 kiloqram narkotik vasitə və həblər aşkarlanıb. 

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.   

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Tədbirlərlə 38 yaşlı Elnur Məmmədov saxlanılıb.  Ondan ümumilikdə 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb.   

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada