Müəllimin borcu oxumayan uşaqlarla işləməkdir - Emin Əmrullayev

Müəllimin borcu oxumayan uşaqlarla işləməkdir - Emin Əmrullayev
24 İyn 2025 17:40

Məktəblərdə müəllimin borcu oxumayan uşaqlarla işləməkdir.

News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanı ona görə tətbiq edilib ki, daha yaxşı müəllimlər seçilə bilsin:

"Müəllim olmaq çox çətin peşədir. Bu ixtisası insan özü seçir. Uşaqlarla, valideynlərlə işləmək heç də qasan deyil. 30 sualdan 30-na da doğru cavab verən müəllim ilə 10 suala doğru cavab verən şəxsə müəllim demək ədalətsizlikdir".

E.Əmrullayev bildirib ki, son 3 ildə 8 000-dən çox müəllimin əmək müqaviləsinə xitam verilib.

Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan təhsil sistemində tədqiqat olduqca azdır:

“Bu sahədə geri qalırıq”.


Sizin reklam burada
Sizin reklam burada