MSK-nın keçmiş katibi ilə bağlı qərar verildi

MSK-nın keçmiş katibi ilə bağlı qərar verildi
16 Sen 2024 16:33

Bakı şəhər Nəsimi rayon Məhkəməsində keçmiş müsavatçı vəkil Vidadi Mahmudov barəsində xüsusi ittiham qaydasında edilmiş şikayətə baxılıb.

News365.az xəbər verir ki, məhkəmə V.Mahmudova Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə qaldırılmış iddianı təmin etməyib. Belə ki, onun əməlində cinayət tərkibinin olmamasına qərar verilib.

Qeyd edək ki, V.Mahmudovdan məhkəmə onun hüquqlarını müdafiə etdiyi qadının keçmiş əri şikayət edib. V.Tanrıverdiyev adlı şəxs keçmiş arvadının vəkilininin onu söydüyünü, təhqiramiz ifadələr işlətdiyini və böhtan atdığını iddia edib.

Belə ki, Vidadi Mahmudovun müştərisi keçmiş ərindən olan iki oğlunu Almaniyaya aparmaq istəyib və tərəflər arasındakı narazılıq bundan sonra şiddətlənib.

Vidadi Mahmudov 2005-ci ilin parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının katibi kimi Müsavat Partiyasını təmsil edib. Seçkidən sonra isə partiya təmsilçiliyinə son qoyub və siyasətdən gedib. Hazırda vəkillik fəaliyyəti məşğul olur.


Youtube kanalımız

Oxşar xəbərlər