Moskvada evlər BAHALAŞDI: Qiymətlər kəllə-çarxa çıxdı

Moskvada evlər BAHALAŞDI: Qiymətlər kəllə-çarxa çıxdı
11:35

Moskvada daşınmaz əmlakın qiymətləri yenidən rekord həddə çatıb.

Kvadratmetr üzrə orta qiymət 310 min rubl (təxminən 5 890 AZN) təşkil edir.

Son bir ildə yeni mənzillərin orta qiyməti 17% artaraq 17 milyon rublu (təxminən 323 000 AZN) keçib.

Rublun dollara qarşı möhkəmlənməsinə baxmayaraq, Moskva daşınmaz əmlak bazarında qiymət artımı sürətlə davam edir.

Ekspertlər bunun həm şəhər iqtisadiyyatının vəziyyəti, həm də daşınmaz əmlaka artan tələbatla bağlı olduğunu bildirir.


Sizin reklam burada
Sizin reklam burada