"Barselona" portuqaliyalı müdafiəçi Juan Kanselunun tamhüquqlu transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə rəsmi danışıqlara start verib.
News365.az xəbər verir ki, 31 yaşlı futbolçu özü də karyerasını məhz Kataloniya klubunda davam etdirməkdə israrlıdır.
Qeyd edək ki, hazırda Kanselu "Barsa"nın heyətində "Əl-Hilal"dan icarə əsasında forma geyinir və onun mövcud müqaviləsi bu mövsümün sonunadək qüvvədədir.
Cari mövsüm ərzində Juan Kanselu klub səviyyəsində meydana çıxdığı 18 qarşılaşmada rəqib qapılarından 2 top keçirib və 6 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.
