Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub
30 Mar 2026 22:50

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

News365.az xəbər verir ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub. 

Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Sizin reklam burada
Sizin reklam burada