MM-in xüsusi iclasının vaxtı müəyyənləşdi

MM-in xüsusi iclasının vaxtı müəyyənləşdi
17 Fev 2025 11:18

Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasının vaxtı müəyyənləşib. 

News365.az-ın məlumatına görə, xüsusi iclasın may ayında keçirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 11-də imzaladığı Sərəncamla təsdiqlənən Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında qanunverici orqanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasın keçirilməsi məsələsi yer alıb.


Sizin reklam burada
Sizin reklam burada