Müəllimlərin
İşə Qəbulu (MİQ) imtahanı ümumilikdə 100 ballıq sistemlə hesablanacaq.
İnsan Resursları Mərkəzindən News365.az-a verilən məlumata görə, ixtisas üzrə suallar 2 bal (40 sual), tədris metodikası üzrə suallar isə 1 bal (20 sual) ilə qiymətləndiriləcək.
Bildirilib ki, ixtisas üzrə suallarda 1 səhv 0.5 bal, tədris metodikası üzrə suallarda 1 səhv cavab isə 0.25 bal şəklində hesablanacaq.
Qeyd edək ki, test imtahanı üzrə ümumitəhsil proqramı üzrə 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, 40 bal və daha artıq yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.