Bu gün Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb.
News365.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.
“Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlı məktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır: “İctimaiyyətdən aparılan araşdırmanı nəzərə alaraq məsələyə həssas yanaşılması və hadisə ilə bağlı yalnız rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - məlumatda deyilir.