Mingəçevir Dram Teatrının direktoru İŞDƏN AYRILDI – EKSKLÜZİV

Mingəçevir Dram Teatrının direktoru İŞDƏN AYRILDI – EKSKLÜZİV
15:30

Mingəçevir Dram Teatrının direktoru İntiqam Soltan öz ərizəsi ilə işdən ayrılıb.

Bu barədə İntiqam Soltanın özü məlumat verib. O, işdən çıxmasına səbəb kimi Mingəçevir şəhər məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin qərarına etiraz olaraq bu addımı atdığını bildirib.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəmli teatrın direktoru, Əməkdar artist İntiqam Soltanı məhkəməyə vermişdi. Elçin Məhərrəmli Mingəçevir Şəhər Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsinə işə bərpa tələbi ilə iddia qaldırmışdı.

Məhkəmə onun iddiasını təmin edib.


Sizin reklam burada
Sizin reklam burada