Mineral sular bu xəstələrə olmazmış

Mineral sular bu xəstələrə olmazmış
12:25

Piroqov Universitetinin tibbi kimya və toksikologiya kafedrasının elmi işçisi və farmakologiya kafedrasının assistenti Denis Borozdenko Gazeta.Ru-ya açıqlamasında maraqlı fikirlər səsləndirib. O, bildirib ki, müntəzəm şəkildə süfrə mineral suyu içmək olar. Amma burada bir istisna da var: "Gündəlik istehlak edilə bilər. Lakin hipertoniya və böyrək xəstəliyi kimi xroniki xəstəlikləri olan insanlar üçün bu, sağlamlıq durumunun pisləşməsinə səbəb ola bilər.


Bütün mineral sular duz tərkibinə görə süfrə suyu – 1 q/l-ə qədər, müalicəvi süfrə suyu – 1–10 q/l-ə qədər və müalicəvi su – 10 q/l-dən yuxarı olmaqla təsnif edilir".

O qeyd edib ki, süfrə mineral suyu gündəlik istehlak edilərkən böyüklər üçün gündə təxminən bir litr olmalıdır. 

"Çünki tərkibindəki duz orqanizmin gündəlik tələbatından azdır. Bu zaman su osteoporoz (kalsium mənbəyi), anemiya (dəmir mənbəyi) kimi xəstəliklərin qarşısını alacaq, mədə-bağırsaq hərəkətliliyini yaxşılaşdıracaq (maqnezium, xloridlər). Ancaq hipertoniya, böyrək xəstəliyi kimi xroniki xəstəlikləri olan insanlar üçün belə mineral su əlavə natrium mənbəyinə görə sağlamlığın pisləşməsinə səbəb ola bilər ki, bu da qan təzyiqini artıra bilər və kalsium ionları böyrək daşlarının meydana gəlməsinə kömək edə bilər. Buna görə də sağlamlığınıza zərər verməmək üçün sizə uyğun mineral suyu seçmək üçün mütləq həkimə müraciət edin".

Tural


Sizin reklam burada
Sizin reklam burada