Minasyan hər kəsi Paşinyana qarşı birləşməyə çağırdı

Minasyan hər kəsi Paşinyana qarşı birləşməyə çağırdı
08 Sen 2025 15:37

“Ermənistanın baş prokuroru bu tribunadan hər gün demək olar ki, sabun köpüyü kimi partlayan saxta ittihamlar səsləndirir”.

News365.az xəbər verir ki, bu sözlər Ermənistan parlamentində müxalif “Ermənistan” blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan tərəfindən səslənib.

Onun iddiasına görə, “demokratiyanın qalası” elan olunan Ermənistanda nəinki demokratiyadan əsər-əlamət yoxdur, həm də hüquqi dövlət anlayışı əsaslı şəkildə tapdalanır və görməməzlikdən gəlinir.

Erməni deputatın sözlərinə görə, insanlar ləyaqətlərini və həqiqəti müdafiə etdiklərinə görə siyasi təqiblərə məruz qalırlar.

Bununla belə, o, həmvətənlərini tərəddüd etməməyə çağırıb:

“Biz mübarizə aparmalıyıq, çünki bu hakimiyyətin aradan qaldırılması üçün bizdən tələb olunan yeganə şey həmrəy olmaqdır”.


Sizin reklam burada
Sizin reklam burada