Millət vəkili tıxaclardan çıxış yolunu göstərdi

Millət vəkili tıxaclardan çıxış yolunu göstərdi
11 Sen 2024 09:59

Sentyabrın 16-da yeni tədris ili başlayır. Bu da paytaxt sakinlərinə yeni qayğılar gətirir. Çünki, tədris müddətində Bakıda tıxacların sayı kəskin artır. Bu tıxaclar bəzən saatlarla uzanır.

Bəs, tıxaclardan qurtulmaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı News365.az–a danəşan Millət vəkili Razi Nurullayev bildirib ki, tıxaclar beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı daha da kəskinləşib:

“Təbii ki, belə tədbirlər hər zaman olacaq və hətta çoxalacaq.  Müsbət haldır ki, şəhərimizə xarici turistlər gəlir, tərbirlər keçirilir. Bunlar iş yerləri deməkdir, mağazaların, ictimai-iaşə obyektlərinin, xidmət sahəsinin inkişafı deməkdir. Yüz minlərlə insanlar da xidmət və turizm sahəsindən evlərinə çörək aparır. Amma hərəkətin çoxluğu həm də hərəkətin intensivliyini pozur, tıxaclar yaradır.

Hesab edirəm ki, problemin həlli üçün yeganə yol ictimai nıqliyyatla bağlı rahatlığın daha tez təmin edilməsidir ki, vətəndaşlar avtomobildən düşüb avtobislara minsinlər. Bununla bağlı müəyyən işlər aparılır. İkinci isə metro tikintisinin sürətləndirilməsidir. Bu isə böyük vəsait tələb edir.

Zənnimcə, Neft Fondundan bu məqsədlə vəsait ayrılması özünü doğrulda bilər. Onsuz da tıxaclarda yüz minlərlə faydalı iş saatları itirilir ki, bu da sosial həyat və iqtisadi inkişaf üçün ciddi siqnaldır. Başqa yollar da varmı? Gəlin onları da araşdıraq”.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər