Mikroavtobusun vurduğu gənc VƏFAT ETDİ

Mikroavtobusun vurduğu gənc VƏFAT ETDİ
09:54

Biləsuvarda mikroavtobusun vurduğu piyada 5 gün sonra ölüb.

News365.az xəbər verir ki, aprelin 8-də 1969-cu il təvəllüdlü Əliyev Tofiq Ağadədə oğlu Nəsimi kəndi ərazisində idarə etdiyi “Mercedes Benz Sprinter" markalı mikroavtobusla piyada, 2005-ci il təvəllüdlü Əkbərov Rəşad Fuad oğlunu vurub.

Nəticədə R.Əkbərov aldığı bədən xəsarətlərindən Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyada ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaqı aparılır.


Sizin reklam burada
Sizin reklam burada