Messi "Qalatasaray"a keçəcək?

Messi "Qalatasaray"a keçəcək?
09:14

“İnter Mayami”nin hücumçusu Lionel Messinin "Qalatasaray"a keçmək üçün şərtləri açıqlanıb.

News365.az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə futbol şərhçisi Levent Tüzemen məlumat verib.

Onun verdiyi məlumata görə, Lionel Messi İstanbulda yalnız ev oyunlarında çıxış etmək və səfərlərə qatılmamaq şərti ilə 12 oyunluq müqavilə istəyib.

Tüzemen bu açıqlamanı "A Spor" kanalına verib və məlumatın doğru olduğunu təsdiqləyib.


Sizin reklam burada
Sizin reklam burada