Məşhur prodüser intihar etdi - müğənnilər “atəşin bol olsun” dedilər

Məşhur prodüser intihar etdi - müğənnilər “atəşin bol olsun” dedilər
12:37

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur prodüseri Erol Köse ötən gün faciəli şəkildə dünyasını dəyişib.

News365.az Türkiyə mətbuatına istinadən bildirir ki, prodüser yaşadığı binanın 16-cı mərtəbəsindən yıxılaraq ölüb.

Daha sonra yayılan məlumatlara görə, Erol Köse intihar edib və evindən bununla bağlı məktub tapılıb. Məktubunda heç kimi günahlandırmadığı, pişiyinə yaxşı baxılmasını istədiyi qeyd olunub.

Diqqət çəkən məqam isə prodüserin ölüm xəbəri yayılar-yayılmaz bir çox məşhur sənətçilərin onun arxasınca ağır sözlər işlətməsi olub. 

Atilla Tas qeyd edib:
"Ardımdan bir ton böhtan atdın. Milyonlarla lirəmi oğurladın. Əlindəki müqavilə ilə məni illərlə işləməyə qoymadın! Məni işimdən, çörəyimdən etdin - həm də sənə ata kimi güvənən birini! Çörəyini yediyin insanların quyusunu qazdın! Yüzlərlə sənətçiyə atdığın böhtanları demirəm hələ! Təzyiq göstərdiyin qadın sənətçilər isə ayrı bir hekayədir! Həmişə susdum, uddum! Haqqımı halal etmirəm, atəşin bol olsun, Erol Köse".

Müğənni Erkan Çelik də haqqını halal etmədiyini deyib:

"Zamanında mənə atdığın iftiralar, haqqımda yayılan yalan və səhv xəbərlər, üç qəpik üçün insanlara məni fərqli göstərmə cəhdlərin… Nə qədər bacarmasan da, əməyimlə, şəxsiyyətimlə oynamaq strategiyaların, bir televiziya kanalında qarşına çıxdığımda üstünə yapışmağın, geri çəkilmələrin və hər tərəfə qaçışların… Qısaca, məkan cənnət olsun, yoxsa cəhənnəm, bilmirəm, amma haqqımı halal etməyəcəyəm!"


Sizin reklam burada
Sizin reklam burada