Məşhur milyarder: “Kiyev rus ordusunun gücünə görə uduzur“

Məşhur milyarder:  “Kiyev rus ordusunun gücünə görə uduzur“
17 Apr 2024 10:06

Ukraynaya ABŞ-dan ayrılan maliyyə yardımı kömək etməyəcə. Çünki onlar vəsait çatışmazlığından deyil, Rusiya ordusunun güclü olması səbəbindən uduzurlar. News365.az xəbər verir ki, bu barədə məşhur amerikalı milyarder Devid Saks "X" sosial şəbəkəsində yazıb.

“Hazırkı uğursuzluğa səbəb Konqresin gələcək maliyyələşdirmə ilə bağlı hərəkətsizliyi deyil. Əsas səbəb Rusiyanın Ukraynadan daha çox insan resurslarına malik olmasıdır. Moskva Qərbdən daha çox artilleriya istehsal edir və hava üstünlüyünə malikdir”, - Saks yazıb. 

Milyarderin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri hazırda aviabombaların köməyi ilə Ukrayna infrastrukturunu məhv edir. Ruslar aktiv şəkildə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücumlar edir və ABŞ bu prosesə təsir etmək üçün kifayət qədər hava hücumundan müdafiə sistemləri istehsal edə bilmir.

Xatırladaq ki, Saks bundan ömcə də bu mövzuda diqqət çəkən məlumat yaymışdı. O, Qərbin Ukraynadakı münaqişəyə birbaşa cəlb olunmasının Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracağını deyib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər