Məşhur futbolçu xərçəngin qurbanı oldu

Məşhur futbolçu xərçəngin qurbanı oldu
18 Sen 2024 15:05

Məşhur futbolçu Salvatore Skillaçi 59 yaşında xərçəng xəstəliyindən vəfat edib. Bu barədə xariki KİV məlumat yayıb. 

Qeyd edilib ki, italyalı keçmiş futbolçu bir neçə il imiş ki, kolon xərçəngi ilə mübarizə aparırmış. Dünən Skillaçinin ailəsi onun Palermodakı xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Həkimlər Salvatorenin vəziyyətinin stabil olduğunu qeyd ediblər. Bundan sonra onun ölüm xəbəri yayılıb.

Artıq “Yuventus”, “Palermo” və “İnter” futbol klubları sosial şəbəkələrdə başsağlığı veriblər. La Gazetto dello sport yazır, meydanda onunla bir top qovmuş həmkarları da vida sözlərini paylaşıblar. Qeyd edək ki, Skilaççi 1990-cı il Dünya Çempionatının ən yaxşı oyunçusu seçilmişdi.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər