Hidayət Heydərov unikal nailiyyətini qoruyur

Hidayət Heydərov unikal nailiyyətini qoruyur
17 Sen 2024 17:45

Olimpiya çempionu Hidayət Heydərov on mindən çox reytinq xalı həddini keçən yeganə cüdoçu olmaqda davam edir.

News365.az xəbər verir ki, 73 kq çəkidə mübarizə aparan olimpiya və dünya çempionu, həmçinin dördqat Avropa çempionunun hazırkı göstəriciləri 10004 xala bərabərdir.

Eyni zamanda, daha bir azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) topladığı xalların sayına görə ikinci yerdədir. Olimpiya və dünya çempionunun 8512 xalı var.

Qeyd edək ki, ilk üçlüyü gürcü idmançı Tato Qriqalaşvili (8335) qapayır.


Youtube kanalımız

Oxşar xəbərlər