Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev

Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 Okt 2024 19:00

Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırmalar aparılıb və külli miqdarda yeyintilərin olduğu üzə çıxıb. Həmin yeyintilərin AMEA-nın sabiq sədri Ramiz Mehdiyevin dövründə baş verdiyi qeyd edilib.


News365.az xəbər verir ki, Manset.az AMEA-nın sabiq sədri Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında sözügedən mövzu ilə bağlı suallardan yayınmağa çalışıb:


"Kimdir danışan? Sizə deyirəm, danışan kimdir? Nə istəyirsiniz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun".


Qeyd edək ki, aşkar edilmiş qanun pozuntuları və yeyintilərin olması ilə bağlı araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və cinayət işi ba

şlanıb.



Youtube kanalımız

Oxşar xəbərlər