Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi

Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi
14:25

Mədəniyyət Nazirliyi Azərbaycan bayrağı ilə bağlı yol verdiyi səhvi aradan qaldırıb.

News365.az xəbər verir ki, qurum bayrağın təhrif olunduğu paylaşımı sosial şəbəkə hesablarından silib.

Həmin paylaşımda bayraqdakı ulduzun 8 güşəsindən bir ixtisar olunmuşdu və 7 güşə formasında verilmişdi.

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Vətəndaşlar bayrağın təhrif olunmaısna görə nazirliyi qınayırdı və paylaşımın silinməsini tələb edirdilər. 

Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür. 


Sizin reklam burada
Sizin reklam burada