İngiltərənin "Mançester Yunayted" klubu müdafiəçilər Viktor Lindelof və Conni Evans, həmçinin danimarkalı yarımmüdafiəçi Kristian Eriksenin klubu tərk edəcəklərini açıqlayıb.
News365.az xəbər verir ki, məlumat komandanın rəsmi saytında yayımlanıb.
"Komandada hər kəs Viktor, Conni və Kristiana Old Traffordda oynadıqları müddətdə verdikləri töhfəyə görə təşəkkür etmək və onlara gələcək üçün uğurlar arzulamaq istəyir", - klubun saytında deyilir.
Qeyd edək ki, bu gün, mayın 25-də İngiltərə Premyer Liqasının 38-ci turunun "Aston Villa" ilə oyununda (2:0) hər üç futbolçu iştirak edib. Lindelof 90 dəqiqə meydanda olub. Evans və Eriksen 66-cı dəqiqədə əvəzedici kimi meydana çıxıblar. Danimarkalı "qırmızı şeytanlar"ın ikinci qolunu vurub.