İsrail Ordusu altı HƏMAS komandirinin ölümünü açıqlayıb

İsrail Ordusu altı HƏMAS komandirinin ölümünü açıqlayıb
11 İyl 2025 21:01

İsrail Müdafiə Ordusunun Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Cənub Komandanlığı ilə birgə keçirdiyi əməliyyatda Fələstinin HƏMAS hərəkatının hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb.

News365.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun məlumatında deyilir.

Qeyd olunur ki, ordu HƏMAS-ın hərbi-dəniz qüvvələrinə qarşı hərbi əməliyyatlar keçirir. İsrail ordusu hərbi gəmilər, silah anbarları və HƏMAS-la əlaqəli digər aktivlər də daxil olmaqla, çoxsaylı terrorçu hədəfləri məhv edir.


Sizin reklam burada
Sizin reklam burada