Malidə silahlı hücum nəticəsində 21 hərbçi həyatını itirib.
News365.az xəbər verir ki, Malidə “Əl-Qaidə”yə bağlı “JNIM” silahlı qruplaşması ordunun mövqelərinə hücum etdiyini açıqlayıb.
Qruplaşma hücumlar zamanı 21 hərbçinin həlak olduğunu iddia edir.
Rəsmi qurumlar isə hələlik hadisə ilə bağlı açıqlama verməyib.