Fransa prezidenti Emmanuel Makron martın 5-i saat 20:00-da xalqa müraciət edəcək. Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Əziz həmvətənlərim, bu böyük qeyri-müəyyənlik dövründə, dünyanın ən ciddi problemlərlə üzləşdiyi bir vaxtda mən bu axşam saat 20:00-da sizə müraciət edəcəyəm”, - Fransa rəhbəri yazıb.
Bundan əvvəl xarici KİV Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidentinin Ukrayna lideri Vladimir Zelenski ilə birlikdə Ukraynadakı münaqişənin həlli planını təqdim etmək üçün ABŞ-a getməyə hazır olduqlarını yazmışdı.
Tural