Zelenski, Makron və Starmer sülh planı ilə ABŞ-yə gedirlər

Zelenski, Makron və Starmer sülh planı ilə ABŞ-yə gedirlər
05 Mar 2025 11:53

Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampa müharibənin həllinə dair vahid plan təqdim etmək üçün gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırlaşırlar. Bu barədə "Daily Mail" məlumat yayıb. 

Zelenski də öz növbəsində X-də bununla bağlı paylaşım edib. O, yazıb ki, "müharibəyə son qoymaq üçün tez bir zamanda işlər görməyə hazırdır". Siyasətşi hətta mineral ehtiyatlara dair saziş imzalamağa hazır olduğunu bildirib.

"Təəssüf ki, belə hadisə baş verdi. Hər şeyi düzgün etməyin vaxtı çatıb.  Biz istərdik ki, gələcək əməkdaşlıq və ünsiyyət konstruktiv olsun", - o qeyd edib.

Qeyd edək ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. 


Tural


Sizin reklam burada
Sizin reklam burada