Mahir Süleymanlı Xaçmazda sakinlərlə görüşdü - FOTOLAR

Mahir Süleymanlı Xaçmazda sakinlərlə görüşdü - FOTOLAR
09 İyn 2025 17:25

Mahir Süleymanlı Xaçmaz rayonunda vətəndaş qəbulu keçirib. 

News365.az xəbər verir ki, iyunun 9-da Milli Məclisin deputatı Mahir Süleymanlı Xaçmaz rayonunun Sayad kəndində vətəndaşları qəbul edib. Görüşdə sakinlər bir sıra problemlərlə bağlı müraciətlərini səsləndiriblər. 

Qəbul zamanı bəzi məsələlər yerində operativ şəkildə həll olunub, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydə alınıb. 

Deputat vətəndaşların qayğılarının daim diqqətdə saxlanıldığını və bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.


144173414417361441735


Sizin reklam burada
Sizin reklam burada