Maaşlar bu tarixdən artacaq? - AÇIQLAMA

Maaşlar bu tarixdən artacaq? -  AÇIQLAMA
25 Apr 2024 09:11

Xəbər verdiyimiz kimi 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub. Bu o deməkdir ki, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33.8 faiz çox icra olunub. Həm neft-qaz, həm də qeyri-enerji sekorundan büdcəyə daxil olmalar proqnozlaşdırılandan daha çox olub.

Büdcə göstəriciləri elan ediləndən sonra ən çox ünvanlanan suallardan biri də 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlıdır.

Məsələ ilə bağlı News365.az-a danışan Millət vəkili Vüqar Bayramov bildirib ki, bir sıra əvvəlki illərdə profsit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib:

"“Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profsit və eləcə növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək.

Büdcəyə yenidən baxılacağı halda işğaldan azad olunan ərazilərimizin bərpa və yendənqurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlərin priortitet olacağı istisna deyil".

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər