Litva sərhədçiləri təhlükəsizlik tədbirlərini artırır.
News365.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (VSAT) rəhbəri Rustamas Lyubayevasın açıqlamasına əsasən, yaxın günlərdə keçiriləcək “Qərb” hərbi təlimləri ilə bağlı sərhəd xəttində nəzarət gücləndiriləcək.
R.Lyubayevas bildirib ki, əlavə qüvvələr sərhəd bölgələrinə göndəriləcək, həmçinin hərbi qurumlar və polis orqanları ilə birgə əməliyyat tədbirləri həyata keçiriləcək. Məqsəd ölkənin xarici sərhədlərində təhlükəsizlik risklərini minimuma endirməkdir.
News365.az