Lənkəranda külək iri gövdəli ağacı magistral yola aşırıb.
Nəticədə 850 abonent işıqsız qalıb.
News365.az xəbər verir ki, səhər saatlarında güclü külək iri gövdəli ağacı Lənkəran-Boradigah-Masallı magistralının Vilvan kəndi ərazisində yola aşırıb. Nəticədə kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib. 850 abonent işıqsız
qalıb, nəqliyyatın hərəkət hissəsində qismən çətinliklər yaranıb. Sakinlər
deyir ki, ağacın
bir gün aşıb
ziyan vuracağı
barədə dəfələrlə aidiyyəti üzrə müraciət edilib. Yerli sakinlərin sözlərinə görə Novruz bayramı qabağı
evlərdə bayram çörəkləri bişirilir, yeməklər hazırlanır. Kənd
sakini Fikrət Cəfərov deyir ki, işıq olmadığından çörəklər elektrik sobalarında qalıb:
“Neçə dəfə ekologiya idarəsinə
deyilib ki. bunları kəsin. Bu fəlakət gətirər. Neçə dəfə deyilib. Baxmırlar. Çörək zavodu bağlanıb, camaat çörəksiz qalsın. İndi də bayram vaxtı”.
Artıq əraziyə aidiyyəti qurumlar cəlb
olunub. Ağacın
magistral yoldan götürülməsi, yolda nəqliyyatın hərəkət hissəsinin və kəndin elektrik enerjisinin bərpası üçün işlər aparılır.
Problemin nə vaxt həll olunacağına gəlincə Vilvan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Yalçın Əzimzadənin isə yanaşması isə bir qədər tərəddüd doğurur:
“Təbii fəlakət nəticəsində arxada gördüyünüz ağac aşmışdır.
Xəsarət alan olmayıb. Tərəfimizdən sürətli qaydada işlər görülüb, yolun hərəkət hissəsi bərpa edilib. Hal – hazırda yarım saat olar ki,
elektrik enerjisinin verilişi dayanıb. Yarım saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq, hərəkət bərpa olunacaq. Dəymiş
ziyan aradan qaldırılacaq. Bəli müraciət olunmuşdur ekologiya idarəsinə. Onlar tərəfindən baxış keçirilib. Yaxın günlərdə ağacın budanma işləri görüləcəkdir, lakin ona qədər külək öz işini görmüşdür”.
News365.az