Küləkli hava şəraiti davam edir - Faktiki hava

Küləkli hava şəraiti davam edir - Faktiki hava
24 İyn 2025 16:07

İyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. 

News365.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27, Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Zərdabda 18, Mingəçevirdə 16, Yevlax, Şabran və Şəkidə 15 m/s-yə çatır.  Dənizdə dalğanın hündürlüyü 2.2 metrdir. 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.


Sizin reklam burada
Sizin reklam burada