Konqo Demokratik Respublikasının şərqində dəfn mərasiminə hücum zamanı onlarla mülki şəxs həyatını itirib.
News365.az xəbər verir ki, insidentlə bağlı məlumatı "Reuters" yayıb.
Bildirilir ki, hücumun arxasında “Birləşmiş Demokratik Qüvvələr” (ADF) qruplaşması dayanır.
Mənbələrin məlumatına görə, üsyançılar mərasim iştirakçılarını hədəf alaraq 50-dən çox insanı qətlə yetiriblər.
Qeyd olunur ki, ADF qruplaşması uzun müddətdir bölgədə fəaliyyət göstərir və “İslam Dövləti” terror təşkilatı ilə əlaqələri var. Bu hadisə onların son illərdə həyata keçirdiyi ən qanlı hücumlardan biri hesab olunur.
News365.az