Konor Makqreqor döyüş üçün hazırlıqlara başladı

Konor Makqreqor döyüş üçün hazırlıqlara başladı
31 Dek 2024 20:30

İrlandiyalı döyüşçü Konor Makqreqor Loqan Polla qarşı keçiriləcək döyüş üçün hazırlıqlara başlayıb.


News365.az xəbər verir ki, boks qarşılaşmasının 2025-ci ilin yayında Hindistanda təşkil olunması planlaşdırılır.


“Konor artıq döyüşə hazırlaşmağa başlayıb. Hələlik bu barədə rəsmi açıqlama verilməyib, lakin hazırlıq prosesi davam edir”, - məlumatda deyilir.


36 yaşlı Makqreqor qarışıq döyüş sənətlərində (MMA) 22 qələbə və 6 məğlubiyyətlə seçilir. O, iyunun sonunda Absolute Fighting Championship turnirində amerikalı Maykl Çandlerlə döyüşməli idi. Lakin hazırlıq zamanı ayaq barmağını sındırdığı üçün döyüş ləğv edilib. Bundan əvvəl, 2021-ci ilin iyulunda Dastin Puare ilə son döyüşündə Makqreqor ayağını qırmışdı.


Makqreqor peşəkar boks karyerasında bir döyüş keçirib. 2017-ci ilin avqustunda o, məşhur boksçu Floyd Mayvezərə qarşı döyüşdə iştirak edib və bu görüşdə məğlub olub.


Youtube kanalımız