Netanyahu: Zənginləşdirilmiş uranı İrandan çıxarmaq lazımdır

Netanyahu: Zənginləşdirilmiş uranı İrandan çıxarmaq lazımdır
04 Yan 2026 20:23

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Floridada ABŞ Prezidenti Donald Trampla görüş zamanı onlar İranın nüvə potensialını ətraflı müzakirə ediblər.

News365.az "The Times of Israel"ə istinadən xəbər verir ki, Netanyahu bunu Nazirlər Kabinetinin həftəlik iclasının əvvəlində bəyan edib.

"Biz bir tərəfdən sıfır (uranın zənginləşdirilməsi), digər tərəfdən isə İrandan 400 kq zənginləşdirilmiş materialın çıxarılmasının, nüvə obyektlərinə ciddi və real nəzarətin təmin edilməsinin zəruriliyi ilə bağlı ümumi mövqeyimizi təsdiqlədik", - İsrailin Baş naziri bildirib.

O, Trampla Qəzzada vəziyyəti müzakirə etdiklərini və amerikalı liderin HƏMAS-ın silahı yerə qoymasını birmənalı tələb etdiyini bildirib.

"Başqa variant yoxdur. Bu, Trampın 20 bənddən ibarət Sülh planının reallaşdırılması üçün zəruri və fundamental şərtdir".



Sizin reklam burada
Sizin reklam burada