Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovun evində və ofislərində axtarışlar aparılıb. Axtarışlar “Dagneftebaza” müəssisəsinin mümkün qanunsuz özəlləşdirilməsi ilə bağlı iş çərçivəsində aparılıb. Bu barədə Life SHOT Telegram kanalına istinadən yazıb.
Müəssisə respublika hakimiyyət orqanlarına məxsus imiş, lakin 2005-ci ildə şəxsi biznes kimi müəyyən adamların əlinə keçib. Şirkətə Maqomedov özü rəhbərlik edib.
Yerli media yazır ki, indi məmur və onun ailəsinin qeydiyyatında olan bütün daşınmaz əmlakı təhlükə altındadır. Onlar müsadirə oluna bilərlər. "Bu, ona qarşı əmlakla bağlı ilk iddia deyil: 2017-ci ildə o, hələ Xalq Məclisinin deputatı olanda jurnalistlər Moskvada 95 milyon rubl dəyərində gizli mənzil tapmışdılar. Mülk onun arvadının adına qeydə alınıb və bəyannamədə əksini tapmayıb. İstintaq davam edir", - "Gazeta" yazıb.
Tural