Kahramanmaraşda 3,4 bal gücündə zəlzələ oldu

Kahramanmaraşda 3,4 bal gücündə zəlzələ oldu
01 Avq 2025 17:33

Kahramanmaraşın Göksun rayonuna bağlı Kazandere ərazisində bu səhər 3,4 bal gücündə zəlzələ baş verib.

News365.az -ın məlumatına görə, zəlzələ yerin 4,8 kilometr dərinliyində qeydə alınıb.

Kandilli Rəsədxanasının məlumatına görə, zəlzələ saat 10:28-də qeydə alınıb və ətraf rayonlarda da hiss edilib.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada