Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTOLAR

Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTOLAR
16 Sen 2024 16:59

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür.

News365.az xəbər verir ki, bu gün birinci sinfə gedənlər arasında jurnalistlərin övladları da var. 

İlk dəfə məktəb həyatına qədəm qoyan həmin birincilərin fotoşəkillərini təqdim edirik:

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevin oğlu Əziz Bakı Slavyan Universitetinin nəzdindən məktəb-lisey kompleksində təhsil alacaq.

İctimai Televiziyanın əməkdaşı Valeh Dadaşovun oğlu Fateh də builin birincilərindəndir.

Ölkə.az saytının baş redaktoru Samir Mirzə ilə bizimyol.info saytının əməkdaşı Leyla Mirzənin övladları Ümid Mirzə-zadə də bu gün birinci sinfə qədəm qoyub. O, 100 nömrəli məktəbin şəhid jurnalist Məhərrəm İbrahimovun adını daşıyan sinifində təhsil alacaq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun oğlu da birincilər sırasındadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdilinin oğlu da bu ilin birincilərindəndir.

Manset.az saytının təsisçisi Əli Vəliyevin qızı Rəna da birincilər sırasındadır.

Redaktor.az saytının redaktoru Vasif Əlihüseynin oğlu Uğur Xırdalan şəhər 3 saylı məktəb-liseydə təhsil alacaq.

Vəkillər Kollegiyasının mətbuat katibi İsmayıl Nəsiblinin qızı Həmidə də birincilər sırasındadır.

Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlinin qızı da bu ilin birincilərindəndir.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqarın qızı da bu il birinci sinifə gedir:

"Başladıq. 6 nömrəli məktəb - liseyin 1-ci sinif şagirdi Dəniz xanım"

Tanınmış jurnalist Pərvanə İbrahimovanın da övladı Nihan İbrahimli 111 saylı məktəbdə 1-ci sinfə gedənlər arasındadır:

"Nihan da birinci oldu".

Baku.ws-in əməkdaşı Orxan Hüseynin də övladı birinci sinfə gedənlər siyahısındadır.

"Bu gün həyatımızda yeni bir fəsil başlayır! Qızımızın ilk dəfə məktəbə getdiyi gündür. Onun üçün böyük bir yolun kiçik addımını atır. Çox həyəcanlı idi, lakin valideynlərini yanında görmək ona dünyaları bəxş edirdi. 
Həyatının hər anında yanındayıq, mələyimiz", - jurnalist yazıb. 

473435

Sitat.info saytının baş redaktoru Nərgiz Liftiyevanın övladı Narin də məktəblilər cərgəsinə qoşulub.

"Narinim 1-ci sinifə gedir. Bütün məktəblilərə uğurlar arzulayırıq...", - o yazıb.

473393

Musavat.com saytının baş redaktoru Əli Raisin övladı Cavid də birincilərdəndir.

"Bütün birincilərə uğurlar. Bizim Cavid də başladı. 3 il kurslara getdiyi üçün hələ ki məktəbi də kurs kimi görür", - jurnalis bildirib.

473394


Youtube kanalımız

Oxşar xəbərlər