İstanbulda məktəb və işçi servis haqlarına böyük artım olacaq

İstanbulda məktəb və işçi servis haqlarına böyük artım olacaq
14:35

İstanbulda məktəb servis haqları üçün 50 faiz, işçi servis haqları üçün isə 100 faiz qiymət artımı tələb edilib.

News365.az -ın məlumatına görə, İstanbul Ümumi Servis Nəqliyyatı İşlətməcələri Esnaf Palatasının sədri Günhan Sinar bildirib ki, bələdiyyədən məktəb servis haqlarının artırılması ilə bağlı müraciət olunub. İşçi daşımaları üçün isə artım tələbi 100 faiz təşkil edir.

Qeyd edək ki, Ankarada məktəb servisçiləri artan xərclərə görə 50 faiz qiymət artımı tələb etmiş, nəticədə bələdiyyə 30 faiz zam tətbiq etmişdi.

News365.az


Sizin reklam burada
Sizin reklam burada