İran müdafiə naziri Əziz Nəsirzadə bəyan edib ki, İsrailin hər hansı yeni hücumu halında daha müasir və güclü raketlərdən istifadə olunacaq.
News365.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Onun sözlərinə görə, 12 günlük müharibədə istifadə olunan raketlər bir neçə il əvvəl istehsal edilib, lakin indi daha təkmil silah arsenalı mövcuddur.
Nəsirzadə vurğulayıb ki, İranın raketləri müharibə gedişində hədəfləri dəqiq vurub, İsrail tərəfinə ciddi ziyan yetirib.
O, İsrailin müxtəlif sistemlərdən tam gücü ilə istifadə etməsinə baxmayaraq, raketlərin əksəriyyətinin hədəfə çatdığını bildirib.
Nazir əlavə edib ki, İran Silahlı Qüvvələri xarici dəstəyə arxalanmadan yalnız öz müdafiə sənayesinə güvənib.