İsrailin pilotsuz aparatları Livanın cənubunu vurdu: Uşaqlar da həlak olub

İsrailin pilotsuz aparatları Livanın cənubunu vurdu: Uşaqlar da həlak olub
14:22

Livanın Cənub bölgəsi İsrailin PUA zərbələrinə məruz qalıb. Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, hücum nəticəsində üçü uşaq olmaqla 5 nəfər həyatını itirib, daha iki nəfər isə yaralanıb.

News365.az xəbər verir ki, Livan parlamentinin sədri Nəbih Berri bildirib ki, ölənlər arasında ABŞ vətəndaşı olan bir ata və onun üç övladı da var. Uşaqların anasının vəziyyətinin ağır olduğu qeyd olunub.

İsrail ordusu isə açıqlamasında hücumun “Hizbullah üzvünü hədəfə almaq məqsədi daşıdığını” bildirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada