İsrail 10-21 noyabr tarixlərində Belemdə (Braziliya) keçiriləcək COP30 iqlim konfransına məhdud tərkibli nümayəndə heyəti göndərməyi planlaşdırır.
News365.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən il Bakıda keçirilən COP29-dakı iştirakdan fərqli olaraq, bu il konfrans çərçivəsində İsrail pavilyonu olmayacaq və ölkəni nazirliyin cəmi iki nümayəndəsi təmsil edəcək.
Onlar danışıqlarda və digər rəsmi müzakirələrdə İsraili təmsil edəcək, ölkənin iqlim sahəsindəki həllərini və təşəbbüslərini təşviq edəcəklər.
Nazirlik bu qərarı ölkənin bütün resurslarının hazırda Yaxın Şərqdəki böhrana və diplomatik səylərə yönəldilməsi səbəbindən geniş nümayəndə heyəti ilə konfransa qatılmaq imkanının olmaması ilə əsaslandırıb.
Keçən il Bakıda keçirilən COP29-da İsrail 100-dən çox nümayəndədən ibarət heyətlə iştirak edib və öz pavilyonunda 20 iqlim layihəsi təqdim edib.