İsrail Trampı qəzəbləndirdi: "Onlar nə etdiklərini bilmirlər"

İsrail Trampı qəzəbləndirdi: "Onlar nə etdiklərini bilmirlər"
24 İyn 2025 17:04

Trampın bütün xəbərdarlıqlarına baxmayaraq, İsrailin Tehrana hücumu başlayıb. İsrail Tehranın şimalında yerləşən radar obyektinə iki bomba ilə hücum edib.

Lakin İsrail ordusu radar obyektini vurduqdan sonra geri çəkiləcəklərini açıqlayıb. Radar vurulandan sonra ordu “hədəflər vuruldu, təyyarələrimiz geri qayıdır” elan etdi. 

Digər tərəfdən ABŞ prezidenti Donald Tramp İsrailin hücumunun başa çatdığını elan etdikdən dərhal sonra özünün Truth sosial media platformasında paylaşaraq, "İSRAİL. O BOMBALARI ATMAYIN. ƏGƏR BUNU ETSƏNİZ BU BÖYÜK BİR POZUNTU OLACAQ. PİLOTULARINIZI EVLƏRİNƏ QAYTARIN. İRAN BİR DAHA YENİDƏN NÜVƏ OBYEKTLƏRİNİ İNŞA ETMƏYƏCƏK."

ABŞ prezidenti Donald Tramp atəşkəs elan etdikdən sonra İran İsrailə raket zərbələri endirib. Tel-Əviv, Qaliley və ətraf ərazilərdə sirenlər səslənib. 

Lakin İran raketlərin buraxılmasını təkzib edib. İranın dövlət televiziyası olan IRIB raket zərbələrinin endirilməsini təkzib edib.




Sizin reklam burada
Sizin reklam burada