İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Filadelfiya dəhlizinə çəkilməyə başlayıb.
Bu barədə “Yerusalem Post” məlumat yayıb.
İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Misirlə-Qəzza zolağının sərhədi boyunca Filadelfiya dəhlizinə çəkilir.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşmanın bu gün yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilir.
HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bazar günü mübadilədə azad edilməsi planlaşdırılan israilli girovların siyahısının İsrailə təhvil verilməsinin texniki səbəblərdən gecikdiyini aşıqlayıb.