Noyabrın 10-da Suriyanın paytaxtı Dəməşqin cənubundakı Seyyidə Zeynəb ərazisində partlayışlar baş verib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) monitorinq mərkəzi İsrailin növbəti dəfə bölgəyə hücum etdiyini açıqlayıb.
Bölgədəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində azı 6 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı bildirilir.