Xarkova PUA hücumu oldu - Ölən və yaralananlar var

Xarkova PUA hücumu oldu - Ölən və yaralananlar var
06 İyl 2025 12:01

Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Xarkov şəhəri və eyniadlı bölgənin 13 yaşayış məntəqəsinə zərbələr endirib.

Bu barədə Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov özünün teleqram kanalında bildirib.

Zərbələr nəticəsində 2 nəfərin öldüyü, 11-nin yaralandığı deyilir.

Sinegubov qeyd edib ki, Xarkova hücumda PUA-lardan, idarə olunmayan hava raketlərindən istifadə olunub.

Qeyd olunur ki, PUA hücumu nəticəsində 14 yaşayış binası, idman kompleksi, stomatoloji klinika, kafe, 2 mağaza, qeyri-yaşayış binası və 4 avtomobilə ziyan dəyib.


Sizin reklam burada
Sizin reklam burada