İsraildə İranın hücumu nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.
News365.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat yayıb.
“Müharibə başlayandan (13 iyundan) indiyədək İsrailə 550-yə yaxın raket atılıb, 1000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrail Vergi İdarəsi dəymiş ziyanla bağlı 38,700 iddia qəbul edib. 15 500-dən çox insan evini itirib”, - Gendelman qeyd edib.
İsrailin hava məkanı bağlanıb və 150 minə yaxın vətəndaş evinə qayıda bilməyib.