İsrail aviaşirkəti Moskva reysinə məhdudiyyəti uzatdı

İsrail aviaşirkəti Moskva reysinə məhdudiyyəti uzatdı
30 Dek 2024 14:44

İsrailin qabaqcıl aviadaşıyıcısı "El Al" bildirib ki, Tel-Əvivdən Moskvaya uçuşların dayandırılmasını 2025-ci il martın sonuna qədər uzatmaq qərarına gəlib.

News365.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri bildirib.

"Vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra “El Al” qış cədvəlinin sonuna qədər Tel-Əviv-Moskva marşrutu üzrə bütün əməliyyatlarını dayandırır", - aviaşirkətin bəyanatında deyilir.

Aviaşirkət bu qərarı 25 dekabrda Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin qəzasından sonra mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq qəbul etdiyini bildirib.


Youtube kanalımız