İsrail ABŞ-yə İranın nüvə obyektlərini vuracağı barədə xəbərdarlıq edib

İsrail ABŞ-yə İranın nüvə obyektlərini vuracağı barədə xəbərdarlıq edib
28 May 2025 10:40

Mayın əvvəlində İsrail ABŞ prezidenti Donald Trampın administrasiyasını İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşması barədə xəbərdar edib. Bu barədə "The New York Times" (NYT) məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.


“İsrailin baş naziri Benyamin Netanyahu İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinə zərbələr endirməklə danışıqları (Tehran və Vaşinqton arasında — red.) pozmaqla hədələyir”, - nəşr yazıb.


Məlumata görə, Vaşinqton Tehranla sövdələşsə belə, Netanyahu İrana zərbə endirmək əmrini verə bilər.

Xatırladaq ki, mayın 22-də İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bəyan edib ki, İsrail İranın nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə, İran ABŞ-ni belə bir hücumun şəriki hesab edəcək və onları buna görə cavab verməyə məcbur edəcək.

Nazir həmçinin qeyd edib ki, İranın nüvə proqramı Beynəlxalq Atom Enerjisi Agentliyinin hərtərəfli nəzarəti altındadır, onun heç bir hesabatında onun dinc xarakterindən kənara çıxdığı göstərilməyib.



Tural


Sizin reklam burada
Sizin reklam burada